Rusiyada son bir gündə daha 5 940 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 777 486 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 85 nəfər artaraq 12 427-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 553 602 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 578 nəfər.