Rusiyada koronavirusdan ölənlərin sayı artdı

Rusiyada koronavirus qurbanlarının sayı 12-yə çatıb.

“Report” “RİA Novosti”yə istindən xəbər verir ki, Sankt-Peterburq şəhərində daha bir nəfər koronavirusdan ölüb.

Məlumata görə, Rusiyanın ikinci böyük şəhərində koronavirus qurbanlarının sayı 2-yə yüksəlib.

Qeyd edək ki, Rusiyada koronavirus daşıyıcılarının rəsmi sayı 1 871 nəfərdir. Onlar ölkənin 71 bölgəsində qeydə alınıblar. 

Ən çox yoluxma paytaxt Moskvada müəyyən edilib – 1 226 nəfər.  

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24