Rusiyada koronavirusa yoluxanların sayı 4 212 100-ə yüksəlib

Rusiyada son bir gündə daha 11 198 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 212 100 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 446 nəfər artaraq 84 876-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 767 664 nəfər sağalıb.

Digər xəbərlər

Zelenski Kiprdə səfərdədir 07 yanvar, 2026 / 12:15