Rusiyada jurnalist nazirdən müsahibə götürərkən huşunu itirib

Bakı. 22 avqust. REPORT.AZ/ "Rusiya 24" telekanalının jurnalisti Darya Kozlova Rusiyanın sənaye və ticarət naziri Denis Manturovdan müsahibə alarkən canlı yayımda huşunu itirib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Telekanalın baş redaktoru Yevgeni Bekasovun verdiyi məlumata görə, indi xanım jurnalist özünü yaxşı hiss edir və artıq yeni süjet üzərində çalışır.

Digər xəbərlər