Rusiyada hərbi hissədə partlayış olub, ölən və yaralananlar var

Rusiyanın Xabarovsk diyarında hərbi hissədə partlayış baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar idarəsindən bildirilib.

Qeyd olunub ki, hadisə Xabarovsk diyarının Amur rayonunun Teysin qəsəbəsində qeydə alınıb.

Partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar Elban rayon xəstəxanasına yerləşdirilib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24