Rusiyada helikopter qəzaya uğrayıb, pilot ölüb

Bakı. 2 avqust. REPORT.AZ/ Rusiyanın Krasnodar diyarında “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində pilot ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya İsqtintaq Komitəsi Cənub İdarəsinin mətbuat xidməti yayıb.

Bildirilib ki, helikopter kənd təsərrüfatı işləri zamanı qəzaya uğrayıb.

Hadisə yerində müstəntiqilər təhqiqat aparırlar. 

Digər xəbərlər