Bakı. 22 oktyabr. REPORT.AZ/ Rusiyanın Kaluqa vilayətində bədii film çəkilişi zamanı bədbəxt hadisə baş verib.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, kaskadyor Oleq Şilkin tankla vurulub.
Belə ki, təlimata əsasən tank kaskadyora yaxınlaşıb, ondan 3 metr məsafədə dayanmalı imiş, amma kaskadyorun üstünə çıxıb. Zərərçəkən xəstəxanaya aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Daha əvvəl isə Amerikanın kino mütəxəssisləri isə film çəkilişlərində insanlar kimi tryuklar yerinə yetirmək bacarığı olan robot hazırlayıblar. Bu ölkədə film çəkilişləri üçün robot-kaskadyorlar hazırlanıb.