Rusiyanın Zabaykal diyarında hərbi hissələrdən birində əsgərin atəşi nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 25-də qarovul növbəsi dəyişdirilən zaman hərbçi öz yoldaşlarına atəş açıb.
Atəş açan əsgər saxlanılıb. Yaralılara tibbi yardım göstərilib.
Hadisənin səbəbi araşdırılır.