Rusiyada yaşayış binasında yanğın baş verib, 40 nəfər təxliyə edilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Rusiyada dörd mərtəbəli binada yanğın baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yanğınsöndürənlər Rosrov-Donda 40 nəfəri binadan təxliyə ediblər.

"Yanğın haqda xəbər yerli vaxtla saat 4:58-də daxil olub. Hazırda 150 kvadratmetr sahədə yanğın davam edir. Qırx nəfər binadan təxliyə olunub" – deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.

Yanğının söndürülməsinə 50 yanğınsöndürən və 18 texnika cəlb edilib.

Hələlik xəsarət alanlar barəsində hər hansı məlumat verilmir.

Digər xəbərlər