Rusiyada daha 688 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 688 nəfər artaraq 322 678-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 31 252 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 865 512 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 902 935 nəfər sağalıb.

Digər xəbərlər

İranda işıq problemi olmayacaq 23 mart, 2026 / 04:12