Rusiyada daha 539 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 16 643 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 884 730 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 539 nəfər artaraq 74 158-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 340 545 nəfər sağalıb.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45