Rusiyada daha 427 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 8 998 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 418 436 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 427 nəfər artaraq 93 364-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 024 975 nəfər sağalıb.

Digər xəbərlər