Rusiyada COVID-19-dan ölənlərin sayı 102 247-yə yüksəlib

Rusiyada son bir gündə daha 9 150 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da ölkə üzrə koronavirusa yoluxanların sayı 4 623 984 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 402 nəfər artaraq 102 247-yə yüksəlib.

Eyni zamanda COVID-19-dan sağalanların sayı 4 248 700 pasiyentə çatıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24