Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın Murmansk vilayətində eniş zamanı qəzaya uğramış "Tu-22M3" bombardmançı təyyarəsinin ekipajının üçüncü üzvü də ölüb.
Bu barədə "Repor" TASS-a istinadən xəbər verir.
O, hərbi tibb məntəqəsində keçinib.
***17:18
Rusiyanın Murmansk vilayətində "Tu-22M3" bombardmançı təyyarəsi eniş həyata keçirərkən qəzaya uğrayıb.
Bu barədə "Repor" TASS-a istinadən xəbər verir.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 2 ekipaj üzvü ölüb, ikisi isə yaralanıb. Yaralılar lazımi yardım almaq üçün tibb məntəqəsinə çatdırılıblar.