Rusiyada bir gündə 120 meşə yanğını söndürülüb

Rusiyada meşə yanğınsöndürmə xidmətləri gündə 20 057 hektar sahədə 120 təbii yanğını söndürüb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, mayın 15-də gecə yarısına qədər Rusiyada 19 657 hektar sahədə 129 meşə yanğını aktivləşib, onlar söndürülüb. Ən böyük yanma sahəsi Krasnoyarsk diyarında qeydə alınıb, 7 983 hektar sahədə 36 yanğın baş verib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24