Rusiyada binanın çökməsi nəticəsində 5 nəfər həlak olub

Rusiyanın Tula vilayətinin Efremov şəhərində yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində 5 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, qaz partlayışından sonra Ximikov küçəsindəki binanın birinci girişi uçub, 8 mənzilə ziyan dəyib.

Dağıntılar altından 7 nəfər xilas edib. Şəhər hakimiyyəti qaz partlayışının baş verdiyi yaşayış binasının girişinin uçması ilə əlaqədar övqəladə vəziyyət rejimi tətbiq edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24