Rusiya XİN başçısı Pelosinin Tayvana səfərinə münasibət bildirib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə münasibət bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu məsələdə Vaşinqtonu tənqid edib.

"Pelosinin Tayvana səfəri ABŞ-ın öz cəzasızlığını hamıya sübut etmək istəyini əks etdirir. ABŞ-ın nəyə güvəndiyini deyə bilmərəm. Lakin Vaşinqtonun Ukraynadakı xəttini davam etdirdiyinə şübhə etmirəm", - S.Lavrov əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN yaydığı bəyanatda ABŞ-ın addımlarını təxribat xarakterli hadisə kimi qiymətləndirib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24