Rusiya və Tacikistanın müdafiə nazirləri telefonla danışıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Tacikistanın müdafiə naziri Şerali Mirzo arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib.

Məlumata görə, nazirlər Əfqanıstandakı, Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyəti, təhlükələrin birgə aradan qaldırılmasını müzakirə ediblər.

Digər xəbərlər