Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında liderlər səviyyəsində əldə olunmuş razılıqların icrası barədə danışıblar.
Onlar, həmçinin regional və ikitərəfli məsələləri müzakirə ediblər.