Rusiya və İran prezidentlərinin danışıqlarının gündəliyi açıqlanıb

“Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi hər iki ölkəni maraqlandıran bir çox mühüm məsələləri müzakirə edəcəklər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Görüşün çox hissəsi Rusiya-İran münasibətlərinə həsr olunacaq. Gündəm çox genişdir. Hər iki tərəfi maraqlandıran mühüm məsələlər var”, - o bildirib.

Qeyd edək ki, İ.Rəisi Moskvada səfərdədir. Onun bu gün rusiyalı həmkarı ilə görüşəcəyi gözlənilir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24