Rusiya və Ermənistan XİN başçıları üçtərəfli sazişlərin icrasını müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Yeni Dehlidə ermənistanlı həmkarı Ararat Mirzoyan 10 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib.

Eyni zamanda gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40