​Rusiya prezidentinin mətbuat katibi: "Məqsədimiz nəyi isə sübut etmək deyil"

Bakı. 1 dekabr. REPORT.AZ/ "Rusiya əlindəki informasiyalardan terrorçulara qarşı mübarizədə istifadə edir. Məqsədimiz İŞİD-in Türkiyəyə neft verməsini sübut etmək deyil".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva İŞİD-in Türkiyəyə neft verdiyinə dair sübutları ortaya qoymağa hazırdırmı" suala cavabında bildirib.

O qeyd edib ki, bu, yeni bəyanat deyil: "Başlıcası informasiyaya yiyələnmək və ondan terrorçuluğa qarşı mübarizədə istifadə etməkdir. Məqsəd nəyi isə sübut etmək deyil".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəni terrorçu İŞİD-dən neft almaqda ittiham edən bəyanat verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, bunu sübut etsələr, istefa verməyə hazırdır. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49