​Rusiya prezidenti Yunanıstana səfər edəcək

Bakı. 16 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin mayın 28-də Yunanıstana rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Yunanıstan KİV-i məlumat yayıb.

Məlumata görə, səfər zamanı Rusiya təbii qazının Yunanıstan-İtaliya təbii qaz kəməri vasitəsi ilə Avropa İttifaqına üzv dövlətlərə nəqlinin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 17-də Yunanıstanın Saloniki bölgəsində TAP-ın təməlqoyma mərasimi keçiriləcək. 

Digər xəbərlər

Abbas Əraqçi Omana gedib 25 aprel, 2026 / 21:20