​Rusiya prezidenti Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin görülməsi haqda sərəncam imzalayıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin görülməsi haqda sərəncam imzalayıb.

"Report" xəbər verir ki, bu haqda Putinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, V.Putin bu sərəncamda cari il noyabrın 28-də Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar haqda sənədə dəyişikliklər edib.

Sərəncama əsasən, Türkiyənin Rusiyada fəaliyyət göstərən şirkətləri, eləcə də Türkiyə vətəndaşlarının nəzarəti altında olan Rusiya firmalarının fəaliyyəti ya tam qadağan olunub, ya da fəliyyətinə müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd edək ki, Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49