Rusiya ordusu Xersonu atəşə tutub, 4 nəfər ölüb, 7 nəfər yaralanıb

Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Vilayət Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralananlardan birinin uşaq olduğu bildirilib.

Digər xəbərlər