Rusiya NATO ilə danışıqlara hazırdır

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) anti-Rusiya mövqeyindən əl çəkməyə və qarşılıqlı hörmət əsasında dialoqa getməyə hazır olsa, Rusiya danışıqlara hazır olacaq.

"Report"un xəbərinə görə, bunu "İzvestiya" qəzetinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.

Onun sözlərinə görə, Rusiya qarşılıqlı maraqlara hörmət və nəzərə alınmaqla, bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında dialoq aparmağa razıdır.

Maslennikov xatırladıb ki, 2014-cü ildə NATO "istənilən hava şəraitində əməkdaşlıq" prinsipindən imtina edərək, sadəcə olaraq, Moskva ilə bütün kommunikasiya kanallarını dondurub.

Xarici İşlər Nazirliyinin departament direktoru əlavə edib ki, alyans Rusiyaya qarşı mübarizəni prioritet hesab edir, Moskvanı öz üzvləri üçün ən mühüm və birbaşa təhlükəsizliyə təhdid elan edib.

"NATO-nun qarşıdurma kursu ən azı orta müddətli perspektivdə möhkəmdir və onun geri qaytarıla biləcəyinə dair heç bir sübut yoxdur. Əksinə, alyans rəhbərliyi bəyan edir ki, Rusiya Ukrayna böhranı həll olunduqdan sonra belə, təhlükəsizlik üçün əsas təhdid olaraq qalacaq", - diplomat bildirib.

Digər xəbərlər

Gürcüstanda zəlzələ olub 18 dekabr, 2025 / 14:08
Paşinyan Rusiyaya səfər edəcək 18 dekabr, 2025 / 13:53