Rusiya İstintaq Komitəsinin erməni əsilli müstəntiqi həbs edilib

Rusiya İstintaq Komitəsinin erməni əsilli müstəntiqi Levon Ağacanyan bir sıra ağır cinayətlərdə şübhəli bilinərək həbs edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Moskva şəhər Basman Rayon Məhkəməsinin Mətbuat xidməti yayıb.

L.Ağacanyan günahsız insan barəsində cinayət işi başlamaqda, dəlilləri saxtalaşdırmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Məhkəmə müstəntiqin təqdimatı ilə L.Ağacanyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Digər xəbərlər