Rusiya-Gürcüstan sərhədini keçmək istəyən avtomobillərin sayı 5 500-ə çatıb

Rusiya-Gürcüstan sərhədini keçmək istəyən avtomobillərin sayı 5 500-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, bunların 3 600-ü minik avtomobilləridir, 1900-ü isə tranzit məqsədilə hərəkət edən yük avtomobilləridir. Məlumata görə, bu yük avtomobillərin 600-ü nəzarət-keçid məntəqəsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanla sərhəddə Rusiyanın hərbi komissarlığının yoxlama-nəzarət məntəqəsinin açılacağına dair məlumat yayılıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra viza ləğv olunmayan ölkələrə axın artıb.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50