Rusiya Federal Təhlükəsizlik Xidməti polşalı diplomatı saxlayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) diplomat statuslu Polşa vətəndaşını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

FTX-nin məlumatında deyilir ki, o, spirtli içkilərin qaçaqmalçılıq yolu ilə daşınması üçün saxta sənədlərə görə 20 min avro rüşvət alarkən saxlanılıb.

"Arzuolunmaz şəxs" elan olunan polşalı diplomat Rusiyanı 1 həftə ərzində tərk etməlidir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40