Dumanın vitse-spikeri: “Rusiya Azərbaycan-Ermənistan sərhədində atəşkəsin təminatı üçün əlindən gələni edəcək”

“Rusiya Azərbaycan-Ermənistan sərhədində atəşkəsin təmin edilməsi üçün əlindən gələni edəcək”.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Dövlət Dumasının vitse-prezidenti, LDPR fraksiyasından olan deputat Boris Çernışov deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi atəşkəsə nail olmaq üçün artıq vasitəçilik səyləri göstərib: “Ümid edirik ki, bu məsələ həll olunacaq və atəş dayandırılacaq. Vəziyyəti izləməyə davam edəcəyik və bunun həll etmək üçün bütün diplomatik kanallardan istifadə edəcəyik”.

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47