Rusiya Dövlət Dumasının sədri onun mümkün buraxılmasını şərh edib

“Dövlət Dumasının mümkün buraxılması barədə bir sıra xarici KİV-lərin yaydığı məlumatlar Rusiyanın daxili işlərinə müdaxilədir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya parlamentinin aşağı palatasının sədri Vyaçeslav Volodin Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin plenar sessiyanın əvvəlindəki çıxışı zamanı söylədiklərinə dəstək verərək deyib.

O vurğulayıb ki, suveren dövlətlərin işlərinə qarışmaq yolverilməzdir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24