Rusiya Çexiyanın 2 diplomatını persona non qrata elan etdi

Rusiya Çexiya səfirliyinin iki diplomatını arzuolunmaz şəxs elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, onlar iyunun 17-dək ölkəni tərk etməlidirlər.

Qeyd edək ki, bu gün Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka XİN-ə çağrılıb. Səfirin nazirliyə çağrılmasına səbəb Rusiyanın Çexiyadakı səfirliyinin iki əməkdaşının persona non-qrata elan edilməsi olub.  

Digər xəbərlər