Rusiyanın “Roscosmos” dövlət kosmos fəaliyyətləri şirkəti Aya komersiya yüklərini daşımaq üçün qurğu yaratmağı nəzərdə tutur.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Dmitri Roqozin bildirib.
O həm Rusiyanın, həm də başqa ölkələrin yüklərini daşıya biləcəklərini qeyd edib. Bu layihənin Ayada aparılan tədqiqatlara çəkilən xərcləri qarşılamaq üçün düşünüldüyü də diqqətə çatdırılıb.