Robert Koçaryan və Serj Sarqysan prezidentlikləri dövründə 20-30 milyard dollar mənimsəyiblər

Bakı. 14 sentyabr. REPORT.AZ/ Robert Koçaryan və Serj Sarqsyan prezidentlikləri dövründə dövlətdən 20-30 milyard dollar mənimsəyiblər.

“Report” xəbər verir ki, bu barədə “ru.1in.am” portalındakı analitik yazıda vurğulanıb.

Xəbərdə bildirilib ki, təkcə bir bankda Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın 30 milyon dolları aşkar edilib: “Robert Koçaryan isə “Konqres” mehmanaxasında 6 milyon dollar rüşvət alıb”. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24