Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi növbəti həftə nüvə təhlükəsizliyini müzakirə etmək üçün Ukrayna və Rusiyanı səfər edəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BAEA-dan bildirilib.
"Qrossi növbəti həftə Kiyev və Rusiyaya səfər edəcək. Bu, münaqişə zamanı nüvə təhlükəsizliyini təmin etmək üçün hər iki tərəflə mütəmadi əlaqələr çərçivəsində baş tutacaq", - BAEA-dan qeyd edilib.