Qrossi: Natanz nüvə obyektindən kənarda radiasiya səviyyəsi dəyişməyib

İranın Natanz nüvə obyekti xaricində radiasiya səviyyəsi İsrailin zərbələrindən sonra dəyişməyib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsində yazıb.

“Natanzdakı obyektdən kənarda radiasiya səviyyələri dəyişməz qalıb. Müvafiq qoruyucu tədbirlər görülərsə, obyektin daxilində aşkar edilən radioaktiv çirklənmə növü – bunlar əsasən alfa hissəcikləridir - nəzarət altına alına bilər”, - o qeyd edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49