Qırğızıstan Tacikistanla sərhəd kəndlərindən 24 mindən çox sakini təxliyə edib

Qırğız Respublikası Tacikistanla sərhəd münaqişəsi bölgəsində yerləşən kəndlərdən 24 237 sakini təxliyə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının FHN-i məlumat yayıb.

Məlumata görə, təxliyə olunan vətəndaşlar müvəqqəti sığınacaqlarda və qohumlarının evlərində yerləşdirilir. Onların qida məhsulları və digər zəruri əşyalarla təmin olunduğu bildirilir.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02