Bu gün Qırğızıstan prezidenti Putinlə görüşəcək

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev rusiyalı həmkarı Vladimir Putinlə Sankt-Peterburqda görüşəcək.

"Report" xəbər verir ki, bu haqda Qırğızıstan hökumətinin administrasiyası məlumat yayıb.

Xəbərdə bildirilib ki, onlar Qırğızıstan-Rusiya əlaqələrinə dair aktual məsələləri, o cümlədən birgə layihələrin icrası, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivləri, Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Qırığızıstan Avrasiya İqtisadi Birliyinin üzvü deyil.

Digər xəbərlər