Qırğız-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var

Qırğız Respublikası - Tacikistan sərhədində atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” “Ca-news”a istinadən xəbər verir ki, Qırğız Respublikası Baş nazirinin müavini Jeniş Razakov Ak-say kəndinə, hadisə yerinə gedib.

O, Qırğız-Tacikistan sərhədində güc strukturlarının nümayəndələri ilə görüşüb.

Bildirilib ki, Tacikistan tərəfdən açılan atəş nəticəsində bir milisioner (polis əməkdaşı) yaralanıb. O, qospitala yerləşdirilib.

Tacikistanın “Asiya-Plyus” agentliyi isə xəbər verir ki, Qırğız tərəfdən silahlıların Tacikistanın Toçikon kəndinin Vorux camaatına açılan atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Vurğulanıb ki, münaqişə Tacikistan-Qırğız sərhədinin İsfarin-Batken sahəsində baş verib. İki dövlət arasındakı sərhəddə delimitasiya və demarkasiya aparılmadığından bəzi ərazilər mübahisəli qalıb. Münaqişələr də həmin sahələrdə baş verir.

Digər xəbərlər