Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 339-a çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı aprelin 11-də ölkənin COVID-19-a qarşı Mübarizə Mərkəzi yayıb.
Bildirilib ki, son sutkada virusa daha 41 nəfər yoluxub.
12 tibb işçisində koronavirus aşkarlanıb.
Qırğız Respublikası üzrə 5 nəfər ölüb.