Bakı. 27 iyun. REPORT.AZ/ Qırğız Respublikasında Sibir xorası (qarayara) xəstəliyi diaqnozu ilə 11 nəfər hospitala yerləşdirilib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Janı-Akman kəndinin sakinləri qarayara tutumuş heyvandan yoluxublar.
Xəstələtin səhhətinin qənaətbəxş olduğu və onların uyğun müalicə aldıqları bildirilib.