Qazaxıstanda son sutkada 7 656 nəfərdə koronavirus aşkarlanıb

Ötən gün Qazaxıstanda 7 656 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Kazinform” agentliyi məlumat yayıb.

Bildirilib ki, yoluxma hallarının əksəriyyəti Almatı (1 549) və paytaxt Nur-Sultanın (907) payına düşüb. Eyni dövr ərzində 16 371 nəfər xəstəlikdən sağalıb.

Beləliklə, Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 253 759-a, sağalanların sayı isə 1 114 833-ə yüksəlib.

Digər xəbərlər