Qazaxıstanda qaz partlayışı nəticəsində bina dağılıb, 7 nəfər yaralanıb

Qazaxıstanın Kostanay şəhərində qaz-hava qarışığının partlaması nəticəsində Amangeldı yaşayış massivində birmərtəbəli bina dağılıb, 7 nəfər dağıntılar altında qalıb.

“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

"Hazırda xilasedicilər hadisə yerində işləyir. Ərazidə operativ qərargah yerləşdirilib”, - məlumatda bildirilib.

Bildirilib ki, dağıntılar altından iki nəfər çıxarılıb.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50