​Qazaxıstanda keçiriləcək prezident seçkisini izləyəcək müşahidəçilərin sayı açıqlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün 713 beynəlxalq müşahidəçi və xarici KİV-in 134 təmsilçisi akkreditasiya olunub.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Mərkəzi Seçki Komissiyası bildirib.

Seçki aprelin 26-da keçiriləcək. Dövlət başçısı postu uğrunda fəaliyyətdə olan prezident Nursultan Nazarbayev, Xalq Kommunist Partiyasının namizədi Tutqun Sızdıkov və müstəqil namizəd Əbülqazi Kusainov mübarizə aparır. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49