Qazaxıstanda karantin tədbirləri uzadılacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə müddətinə uzadılması barədə göstəriş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti epidemioloji vəziyyətin sabitləşdirilməsi ilə bağlı iclasdan sonra məlumat yayıb.

Qeyd edilib ki, avqustun 2-dən etibarən daha iki həftəlik karantin rejimi, ardınca isə mərhələli yumşalma olacaq.

Digər xəbərlər