Qazaxıstan FHN-in 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə “Xəbər-24” telekanalı məlumat yayıb.

Qazaxıstan FHN-in rəsmi nümayəndəsi Talqat Ualiyə bildirib ki, son günlər ərzində üsyançılar yanğınsöndürən maşınlara 33 dəfə hücum ediblər. Nəticədə 30-a yaxın yanğınsöndürmə və xilasetmə texnikası sıradan çıxıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri 75 yanğını söndürüb, 143 nəfər yanğından xilas edilib və təxliyə edilib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49