Qazaxıstan Qurultayına (parlament) deputat seçkiləri bu il avqustun 23-nə təyin edilib.
"Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasına Qurultay deputatlarının seçkilərinin hazırlanması və keçirilməsini təşkil etmək tapşırılıb.
Qazaxıstan hökumətinə, paytaxt, vilayət və respublika əhəmiyyətli şəhərlərin akimlərinə seçki kampaniyasının təşkilati, maddi-texniki və maliyyə təminatı üzrə bütün zəruri tədbirləri təxirə salınmadan görmək tapşırılıb.