Qazaxıstan Prezidenti hökumətin yeni tərkibini parlamentə təqdim edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-də hökumətin yeni tərkibini parlamentə təqdim edəcək.

“Report” xəbər verir ki, məlumatı “Zakon” yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul etmişdi. Baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq Alixan Smailov icra edirdi.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24