Qaribaşvili: “Saakaşvili üçün həbsxana və qalstuk kolleksiyası hazırlanır”

“Saakaşvili üçün həbsxana və qalstuk kolleksiyası hazırlanır”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili söyləyib.

“Mixail Saakaşvili ölkəyə qayıdanda qalstuk kolleksiyası ilə birgə komfortlu şəkildə həbsxanaya salınacaq”, - o bildirib.

İ.Qaribaşvili bununla 2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsi zamanı sabiq dövlət başçısı Mixail Saakaşvilinin telefonla danışarkən əsəbi şəkildə qalstukunu çeynəməsi kadrlarına işarə edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49