Putin Kremldə yenilənmiş hökumətlə görüşəcək

Bakı. 25 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin mayın 26-da Kremldə hökumətin yeni tərkibi ilə görüş keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

“Həmin toplantıda yenilənmiş Nazirlər Kabinetinin 2024-cü ilədək əsas fəaliyyət istiqamətləri müəyyən ediləcək”, - deyə məlumatda vurğulanıb. 

Digər xəbərlər